İnsanlara hürriyət, millətlərə istiqlal!

"Daşnak" törəmələrindən Paşinyana ölüm hökmü: “Sonun belə olacaq"

588 08.06.2026 22:11 Dünya A A

Ermənistanda fəaliyyət göstərən bəzi revanşist və separatçı dairələr Nikol Paşinyana qarşı növbəti dəfə sərt ittihamlar səsləndiriblər.

Musavat.com xəbər verir ki, həmin dairələr tərəfindən yayılan mətnlərdə qeyd olunur ki, 2018-ci ildə baş verən “məxməri inqilab” dövründə Paşinyan diaspor ermənilərinə fəal şəkildə müraciət edir, onları Ermənistana gəlməyə, etiraz aksiyalarında iştirak etməyə və Serj Sarkisyan hakimiyyətinə qarşı mübarizədə ölkəyə kömək etməyə çağırırdı.

Mətn müəllifləri bildirirlər ki, o zaman Paşinyan hər bir erməni Ermənistan Respublikasının vətəndaşıdır deyir, diaspor isə erməni millətinin ayrılmaz hissəsi kimi təqdim olunurdu. Hakimiyyət uğrunda mübarizə apararkən diaspor erməniləri qardaş, xilas yolu və millətin gücü hesab edilirdi.

Onların fikrincə, aradan səkkiz il keçdikdən sonra vəziyyət dəyişib. Bu gün Paşinyanın siyasətini tənqid edən diaspor nümayəndələri tez-tez xarici, ölkənin reallıqlarını anlamayan insanlar kimi təqdim edilir.

Mətn müəllifləri qeyd edirlər ki, köhnə hakimiyyəti devirmək üçün diasporun dəstəyinə ehtiyac duyulduğu halda, "Qarabağın itirilməsi", müharibə və Ermənistanın gələcəyi ilə bağlı narahat suallar verən diasporun səsi artıq hakimiyyət üçün arzuolunmaz görünür.

“Xeyr, bu, başqa məsələ deyil. Elə bir gün gələcək ki, vaxtilə Serj Sarkisyanın yerində olan Paşinyan özü həmin vəziyyətə düşəcək. Onun sonu Serj Sarkisyan kimi deyil, rumın lideri Nikolae Çauşesku kimi ola bilər. Bir çox cəhətdən onlar bir-birinə bənzəyirlər. Hər şey də buna doğru gedir"- deyə revanşist dairələr qeyd edir.

Bu ittihamlar fonunda diqqət çəkən başqa bir məqam da var. Son dövrlərdə bəzi revanşist dairələrin Paşinyana qarşı sərgilədiyi münasibət Ermənistanın siyasi həyatında radikal meyllərin hələ də qalmaqda olduğunu göstərir.

Artıq həmin dairələrin bir hissəsi açıq şəkildə Paşinyanı hədəfə alan və ölüm təhdidi kimi qiymətləndirilən çıxışlar edir. Bu isə Ermənistanın siyasi tarixində tamamilə yeni hadisə deyil.

"Daşnaksutyun", "ASALA" kimi terror təşkilatlarını yaratmış, müxtəlif ölkələrdə onlarla türk diplomatının qətlə yetirilməsi ilə yadda qalmış terror təfəkkürünün daşıyıcıları olan bəzi revanşist dairələrin siyasi zorakılığa meyli uzun illərdir müzakirə olunur.

1999-cu ildə Ermənistan parlamentində baş vermiş silahlı terror hücumu da bu kontekstdə xatırlanır. Həmin hadisə zamanı baş nazir Vazgen Sarkisyan( Xocalı qatili), parlament sədri Karen Dəmirçyan və digər yüksək vəzifəli şəxslər güllələnərək öldürülmüşdü.

Bu baxımdan, bəzi revanşist dairələrin öz siyasi xəttindən kənara çıxan şəxslərə qarşı sərt və aqressiv münasibət nümayiş etdirməsi Ermənistan siyasətində əvvəllər də müşahidə olunmuş tendensiya kimi qiymətləndirilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR