İnsanlara hürriyət, millətlərə istiqlal!

Daşkəsəndə faciə- Balta ilə arvadını öldürdü

1113 24.06.2024 10:29 Kriminal A A

Bu gün saat 02 radələrində Daşkəsən rayonunda 39 yaşlı qadın qətlə yetirilib.

Bu barədə Musavat.com-a Daşkəsən Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, rayonun Əmirvar kənd sakini 1985-ci il təvəllüdlü Atlas Ocaqverdiyevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 1971-ci il təvəllüdlü Teymur Ocaqverdiyevin aralarında yaranmış mübahisə zamanı balta ilə çoxsaylı xəsarətlər yetirərək arvadı Atlas Ocaqverdiyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Daşkəsən Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Teymur Ocaqverdiyev iş üzrə şübhəli şəxs qismində tutulub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR