İnsanlara hürriyət, millətlərə istiqlal!

Daşınan yüklərin həcmi artacaq, iş adamları üçün imkan yaranacaq - AÇIQLAMA

586 06.10.2023 20:25 Siyasət A A

"Qars-İğdır-Naxçıvan dəmiryolunun inşası bütövlükdə regionda nəqliyyat şəbəkəsinin genişləndirilməsi baxımından vacibdir. Bu dəmiryolu xətti həm Naxçıvan vasitəsilə Türkiyə və Avropaya çıxış imkanlarını artıracaq".

Bunu Musavat.com-a açıqlamasında millət vəkili Vüqar Bayramov bildirib.

vüqar.jpg (52 KB)

Şərqi Zəngəzurla Naxçıvan arasında İran üzərindən quru nəqliyyat xəttinin bərpa olunacağına diqqət çəkən millət vəkili qeyd edib ki, bu regionun əhəmiyyətini artırır:

"Bu nəqliyyat xətləri Şərq-Qərb nəqliyyat dəhlizinə inteqrasiya olunacaq. Bununla da Naxçıvan daxil olmaqla, Azərbaycan üzərindən daşınan yüklərin həcmi artacaq. Nəticədə beynəlxalq yükdaşımalardan əldə olunan gəlirin həcmi əhəmiyyətli dərəcədə artacaq. Bu, həmçinin, Azərbaycanın beynəlxalq geosiyasi mövqeyinin daha da möhkəmlənməsinə imkan yaradacaq. Eyni zamanda Qars-İğdır-Naxçıvan dəmiryolunun inşası Naxçıvandakı iş adamları üçün geniş imkanlar açır ki, istehsal olunan məhsullar daha geniş bazarlara çıxarılacaq".


Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR