İnsanlara hürriyət, millətlərə istiqlal!

Danimarka müqəddəs kitabların yandırılmasını YASAQLADI

442 08.12.2023 11:46 Dünya A A

Danimarka parlamenti Qurani-Kərimin, Bibliyanın və Toranın, eləcə də digər dini müqəddəs mətnlərin yandırılmasını qadağan edən qanun qəbul edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, qanunun qəbulunun lehinə 94 danimarkalı deputat, əleyhinə 77 nəfər səs verib. Yeni qanunun pozulmasına görə cərimə və ya 2 ilədək həbs cəzası nəzərdə tutulur.

“Tarix buna görə bizi sərt şəkildə mühakimə edəcək və bunun tutarlı səbəbləri var. Əsas məsələ odur ki, biz söz azadlığını özümüz məhdudlaşdırırıq, yoxsa bu, bizə kənardan diktə olunur”, - qanuna qarşı çıxan Danimarka Demokratlar Partiyasının lideri İnqer Stöjberq bildirib.

Danimarkanın koalisiya hökuməti yeni qaydaların söz azadlığına cüzi təsir göstərəcəyini və dini başqa yollarla tənqid etməyin qanuni olaraq qaldığını bildirib.

Xatırladaq ki, 2023-cü ilin yayında etirazçılar İraqın Kopenhagendəki səfirliyi qarşısında Quranyandırma aksiyası keçirmişdilər.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR