İnsanlara hürriyət, millətlərə istiqlal!

Daha bir ölkədə evtanaziyaya icazə verildi

989 08.02.2024 09:50 Dünya A A

Ekvadorun Konstitusiya Məhkəməsi evtanaziyanın dekriminallaşdırılmasının lehinə qərar çıxarıb.

İnsanların ciddi və sağalmaz zədə və ya sağalmaz xəstəlik nəticəsində ağır iztirablar səbəbindən prosedura dair konstitusiya hüququnu elan edib.

Bu barədə "El Pais" məhkəmənin mətbuat xidmətinə istinadən xəbər verib.

Məhkəmə Ekvador cinayət məcəlləsinin adam öldürməyə görə həbs cəzası nəzərdə tutan 144-cü maddəsinin evtanaziya edən həkimlərə şamil edilə bilməyəcəyinə dair yeddi səs lehinə, iki səs əleyhinə qərar verib.

Cənubi Amerika əyalətinin Səhiyyə Nazirliyi indi evtanaziya üçün qaydalar hazırlamalıdır. Bunun üçün quruma iki ay vaxt verilib. Həmçinin, İnsan Hüquqları üzrə Müvəkkil altı ay ərzində evtanaziya haqqında qanun hazırlamalıdır. Bundan sonra qanuna yerli parlamentdə baxılacaq.

Məhkəmənin qərarı 42 yaşlı Paola Roldan adlı qadının konkret işinə aiddir. O, amiotrofik lateral sklerozdan əziyyət çəkir. O, yeddi aydır ki, 95% iflic olub və yalnız süni nəfəs aparatında yaşaya bilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR