İnsanlara hürriyət, millətlərə istiqlal!

“Çukur”un Cumalisinin evini yardılar – brilyant üzüklər, dəbdəbəli brend çantalar...  

875 13.07.2022 16:27 Mədəniyyət A A

Türkiyənin məşhur “Çukur” serialında “Cumali Koçovalı” obrazı ilə məşhurlaşan Necip Memilinin evindən oğuluq edilib.

Musavat.com Türkiyə mətbuatına istinadən bildirir ki, aktyor və onun xanımı Didem Memili evdəki zinət əşyalarının sayının azaldığını görərək, evə kamera quraşdırıblar. Məlum olub ki, evdəki brilyant üzükləri, brend qadın çantaları və paltarları oğurlayan onlara ev işlərində köməklik edən xidmətçi qadındır.

Cütlük xidmətçi qadından əşyaları geri tələb edib. Lakin qadın əşyalardan xəbərsiz olduğunu deyincə cütlük polisə müraciət edib. Beləliklə, aktyor və xanımı polis bölməsində üç cüt qızıl-brilyant sırğa, iki brilyant üzük, dörd qızıl boyunbağı, qızıl bilərzik, dəbdəbəli brend qadın çantaları və çoxlu qiymətli paltarın oğurlandığını bildirərək, şikayət ərizəsi yazıb.
Hadisə ilə bağlı araşdırma başlanılıb.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR