İnsanlara hürriyət, millətlərə istiqlal!

Cozef Bayden: "Seçkilərdə Donald Trampın qalib gəlməsinə yol vermək olmaz"

444 06.05.2023 14:55 Son xəbər A A

ABŞ prezidenti Cozef Bayden 2024-cü il seçkilərində Donald Trampın qələbəsinin yolverilməz olduğunu hesab edir.

AZƏRTAC xəbər verir ki, Cozef Bayden bu barədə MSNBC telekanalına müsahibəsində deyib. “Seçkilərdə dörd il öncə ABŞ-a rəhbərlik edən həmin şəxsin qalib gəlməsinə yol vermək olmaz”, - deyə Ağ evin rəhbəri seçkiöncəsi proqramı barədə suala cavabında söyləyib.

Aparıcının onunla Donald Tramp arasında fərqin nədən ibarət olduğuna dair sualını cavablandıran Cozef Bayden aralarında heç bir ümumi cəhətin olmadığını vurğulayıb.

ABŞ-da növbəti prezident seçkiləri gələn il keçiriləcək. Həm Birləşmiş Ştatların hazırkı lideri Cozef Bayden, həm də sabiq prezidenti Donald Tramp ali dövlət postu uğrunda mübarizə aparacaqlarını elan ediblər.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR