İnsanlara hürriyət, millətlərə istiqlal!

Çörçillin diş protezləri hərraca çıxarılır - ŞOK MƏBLƏĞ FOTO

880 20.01.2024 17:21 Dünya A A

Böyük Britaniyanın sabiq baş naziri Uinston Çörçillin diş protezləri Çeltenhem şəhərində hərracda satılacaq.

Musavat.com xəbər verir ki, bu barədə "The Guardian" nəşri yazıb.

Qəzetin yazdığına görə, Çörçill İkinci Dünya Müharibəsi zamanı “Biz çimərliklərdə döyüşəcəyik” nitqini söyləyərkən məhz bu protezi taxıb. Uinston Çörçill demək olar ki, bütün həyatı boyu diş problemi yaşayıb. Gəncliyində bir neçə dişini itirib. Baş nazirin yanında həmişə protezlərin ehtiyat dəstləri olub.

Məlumata görə, qızıl çərçivəli protezlərin 5000-8000 funt sterlinq arasında satılacağı gözlənilir.

Hərrac fevralın 6-da keçiriləcək.

Protezlər Çörçillin diş həkimi Vilfred Fiş və texniki Derek Kadlipp tərəfindən hazırlanıb, daha əvvəl Londondakı Kral Cərrahlar Kolleci Muzeyinə hədiyyə edilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR