İnsanlara hürriyət, millətlərə istiqlal!

Çingiz Qənizadə: "Türkiyə-Azərbaycan dostluğuna heç bir qüvvə xələl gətirə bilməz"

266 04.06.2024 10:29 Siyasət A A

Hazırda Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətləri dünyaya nümunədir. İki ölkə arasındakı birlik sarsılmazdır, əbədidir, yüksək zirvədədir. Təbii ki, bu qardaşlığı gözü götürməyən qüvvələr zaman-zaman təxribatlar törətsələr də, həmişə iflasa uğrayıblar. Qədim tarixə malik olan bu dostluq bu gün sıx tellərlə bir-birinə bağlıdır. İkinci Qarabağ müharibəsində bütün dünya bu sarsılmaz dostluq və həmrəyliyin şahidi oldu. Vətən müharibəsinin ilk saatlarından son dəqiqələrinə qədər Türkiyə Azərbaycanın yanında oldu və bütün dünyaya bəyan etdi ki, Azərbaycan tək deyil. Bu, həm də qardaş ölkənin siyasi və mənəvi dəstəyi idi. Eyni zamnda, əsl qardaşlıq, dostluq nümunəsidir. İki dost və qardaş ölkənin birliyi sarsılmazdır və əbədidir! Bu gün Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu sözdə deyil, əməldə təsdiqi ilə dünyanın diqqətindədir.

Bu günlərdə SOCAR-ın İstanbuldakı ofisinin binası qarşısında iki ölkənin dostluq və qardaşlıq münasibətlərini gözü götürməyən qüvvələr tərəfindən idarə olnan bir qrup fələstinli fəalın şirkətin binası qarşısında təxribat törətmək cəhdi Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaqdan başqa bir şey deyil.

Bu fikirləri redaksiyamıza açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Hüquq müdafiəçisi deyib ki, hazırda Türkiyədə İrana, Ermənistana bağlı, həmçinin türkçülüyə qarşı çıxan qüvvələr var. Bunların məqsədi bütün vasitələrlə Türkiyə- Azərbaycan dostluğuna xələl gətirmək, Azərbaycanı bu ölkədə nüfuzdan salmaqdır. Bir neçə gün əvvəl məhz İran, Ermənistan, eləcə də Azərbaycan-Türkiyə dostluq münasibətlərini gözü götürməyən digər xain qüvvələr tərəfindən idarə olunan bir qrup fələstinli gəncin SOCAR-n ofisi qarşısında yersiz aksiya keçirmələri və təxribat xarakterli hərəkətlər etməsində də məqsəd ölkədə qarışıqlıq salmaqdır:

“Təbii ki, SOCAR Azərbaycanın olduğu kimi, Türkiyənin də ən önəmli qurumlarından biridir. Şirkət 2024-cü ilə qədər ən böyük investisiyalarını məhz Türkiyədə gerçəkləşdirib. İnvestisiya yatırmağa başladığı 15 il ərzində bu rəqəm 18.3 milyard dollara çatıb. Bu fakt SOCAR -ın Türkiyənin ən böyük birbaşa xarici investisiya şirkəti olduğundan xəbər verir. Türkiyədə kök salan və İrandakı bəzi qüvvələr tərəfindən idarə olunan qruplaşmaların belə təxribatları həmişə olduğu kimi, bu dəfə də iflasa uğradı. Necə deyərlər, xainlərin çirkin niyyətləri ürəklərində qaldı. Öz sözlərini lazımi yerlərdə deməyi bacarmayanlar, çirkin əməllərini başaqları vasitəsilə həyata keçirmək istəyənlər Fələstin bəhanəsilə bu murdar əməli törədiblər.

Ç.Qənizadə deyib ki, Türkiyə Fələstinlə bağlı ən ciddi addımlar atan ölkədir. Belə olan halda bəzi qüvvələrin təxribat cəhdi qarşdurma yaratmaqdan başqa bir şey deyil. SOCAR Azərbaycanın ən böyük şirkətidir və ölkənin əsas brendidir. “Təbii ki, bu da iki ölkənin dostluq və qardaşlıq münasibətlərini gözləri götürməyənlərin ciddi narahatlığına səbəb olub. Artıq beynəlxalq aləmdə də etiraf olunur ki, SOCAR bu gün investisiya layihələri ilə dünyanın ən nüfuzlu şirkətləri ilə bir sırada dayanır. Şirkət Türkiyədə böyük imkanlara malikdir. Ona görə də aksiyanın bu şirkətin ofisinin qarşısnda keçirilməsi heç də təsadüfi deyil. Bəhanə də budur ki, guya, SOCAR İsrailə neft satır. Reallqda isə SOCAR İsrailə neft satmır. Bütün bunlar da qəsdən ortaya atılan yalan və təxribat xarakteli məlumatlardır. Çünki dünya neft bazarında bütün şirkətlər mallarını trader şirkətlərə satırlar. Traderlərin nefti kimə satdığına isə şirkətlər nəzarət edə bilmir”.

Tanınmış hüquqşünas bildirib ki, SOCAR-ı hədəf göstərməkdə məqsəd Türkiyə ictimai rəyində Azərbaycanın nüfuzuna zərər vurmaqdır:

”Belə təxribatlar Türkiyə-Azərbaycan dostluğuna zərrə qədər də xələl gətirə bilməz. Çünki bu dostluq zamanın sınaqlarından uğurla çıxıb”.

P.S. Bu yazı redaksiyamıza Çingiz Qənizadə tərəfindən anası Gülçöhrə xanım rəhmətə getməmişdən öncə təqdim olunub.

“Yeni Müsavat” Media Qrupu kollektivi adından Çingiz Qənizadəyə və yaxınlarına başsağlığı verərək, Allahdan səbr diləyirik.

Allah rəhmət eləsin!

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR