İnsanlara hürriyət, millətlərə istiqlal!

Çingiz Qənizadə: “Bu, həmin partiyaların rəhbərlərinə başucalığı gətirməyəcək”

1058 20.09.2023 15:12 Siyasət A A

“Azərbaycan Xalq Cəbhəsi Partiyası, Müsavat Partiyası və Real Partiyasının siyasi partiyaların Azərbaycan dövləti tərəfindən həyata keçirilən lokal antiterror tədbirlərilə bağlı yaydığı bəyanatlara qoşulmaması təəssüf doğurur. Dövlət bu partiyaların qeydə alınmasında heç bir əngəl yaratmadan sivil davranış sərgiləsə də onların dövlətin addığı addımlara adekvat cavab verməməsi zənnimcə siyasi savadsızlıq və qərəzlilikdir”. 

Bunu Demokrat.az-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru, tanınmış hüquq müdafiəçisi Çingiz Qənizadə deyib. 

O qeyd edib ki, Azərbaycan dövləti öz ərazisində konstitusion quruluşunu bərpa etmək, vətəndaşlarının təhlükəsizliyini təmin etmək və terror aktlarının qarşısını almaq üçün lokal antiterror tədbirləri keçirir: 

“Belə olan halda dövlətimizin haqlı olaraq həyata keçirdiyi tədbirlərə dəstək verməmək bir daha göstərdi ki, bu partiyalar dövlətçilik anlayışı ilə hakimiyyətə olan münasibətlərini eyniləşdirir. Əslində burada yanaşma fərqli olmalıdır. Siyasi baxışlar və hakimiyyətə münasibət fərqli ola bilər. 

Hesab edirəm ki, ölkənin suverenliyi, milli təhlükəsizliyi, vətəndaşlarımızın əmin-amanlıq içində yaşaması üçün terrorizmlə mübarizədə dövlətin atdığı addımları dəstəkləməmək qərəzdir və bu həmin partiyalara və onların rəhbərlərinə başucalığı gətirməyəcək”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR