İnsanlara hürriyət, millətlərə istiqlal!

Çingiz Abdullayev: "Dediklərimdən peşman deyiləm, sözümün üstündəyəm"

2387 27.10.2022 10:45 Gündəm A A

“Mənim kimi birinə o sualı vermək yersiz idi. Mən pul xərcələyən, onu bölüşdürən deyiləm. Ona görə də dediklərimdən peşman deyiləm”.

Bu sözləri Gununsesi.info-ya açıqlamasında AYB sədrinin müavini, xalq yazıçısı Çingiz Abdullayev ona sual verən jurnalistləri təhqir etməsi faktına münasibət bildirərkən deyib.

Çingiz Abdullayev əlavə edib ki, sözünün üstündə dayanır: “Bəli, o sualı verən jurnalist utanmalı idi. Mən sözümün üstündə dayanıram”.

Xatırladaq ki, media təmsilçilərindən birinin  AYB-nin qurultayı üçün ayrılan 200 min manatın necə xərclənməsi barədə sualına xalq yazıçısı təhqirlə cavab verib.

Çingiz Abdullayev jurnalistə “Niyə ölmürsən, utanmırsan” deyə qarşılıq verib.

Media təmsilçisinə verdiyi reaksiyaya görə sosial şəbəkə və mediada Çingiz Abdullayevə qarşı sərt ittihamlar səsləndirilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR