İnsanlara hürriyət, millətlərə istiqlal!

Çində yeni evlərin qiyməti rekord azaldı

855 15.07.2024 17:51 Dünya A A

İyun ayında Çində yeni evlərin qiyməti ardıcıl on ikinci ay ucuzlaşıb.

Musavat.com xəbər verir ki, bu, Çin Dövlət Statistika İdarəsinin məlumatında əksini tapıb.

Məlumata görə, Çinin 70 iri şəhərində yeni tikililərin qiymətləri ötən ilin iyun ayı ilə müqayisədə orta hesabla 4,5 faiz ucuzlaşıb. Bu, 2015-ci ilin iyun ayından bəri ən ciddi azalmadır.

İyun ayında yeni mənzillərin qiymətləri əvvəlki ayla müqayisədə 0,7 faiz azalıb ki, bu da 2014-cü ilin oktyabrından bəri ən böyük eniş olub. Təkrar bazarda isə evlərin qiyməti 0,85 faiz ucuzlaşıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR