İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin millisinin sabiq futbolçusu ömürlük həbs cəzasına məhkum edilib

587 24.02.2024 08:57 Dünya A A

“Everton”un və Çin millisinin sabiq futbolçusu Li Te ömürlük həbs cəzasına məhkum edilib.

Qeyd olunub ki, Te futbolçu karyerasını bitirdikdən sonra məşqçiliyə başlayıb, bir neçə Çin klubunda çalışıb, sonra isə doğma komandasına başçılıq edib. Çin 2022-ci il dünya çempionatına vəsiqə qazana bilmədiyi üçün o, işdən azad edilib.

2022-ci ilin sonunda partiya Çin futbolu ilə bağlı böyük araşdırmaya başlayıb və nəticədə bir çox məmur korrupsiyada ittiham olunub.

Sonradan Li Te dəfələrlə rüşvət aldığını, hətta özünü milli komandanın baş məşqçisi vəzifəsini də satın aldığını, həmçinin Çin ikinci liqasında danışıqlar əsasında oyunları təşkil etdiyini etiraf edib.

İstintaq nəticəsində keçmiş futbolçu və məşqçi ömürlük həbs cəzasına məhkum edilib.

Mənbə: Daily Mail

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR