İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin balıqçılarının ölümünə görə Tayvandan cavab tələb edir

508 16.02.2024 13:47 Dünya A A

Tayvan sahil mühafizə gəmisi Kinmen arxipelaqı yaxınlığında dörd çinli balıqçının olduğu qayığı təqib edib və o, batan qayıqda iki balıqçı ölüb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Pekin bunu “məşum hadisə” adlandırıb və sərhədçilərin təhlükəli davranışının faciəyə səbəb olduğunu bildirib.

Tayvan hökumətinin təmsilçiləri bildirib ki, balıqçıların özləri təqibdən qaçmağa çalışdıqlarına görə günahkardırlar.

Bu hadisənin Tayvan boğazında onsuz da gərgin olan vəziyyəti bir az da gərəcəyi düşünülür. Lakin Çinin ABŞ-dakı keçmiş səfiri xəbərdarlıq edib ki, düşmənlər çinliləri çinlilərlə qarşı-qarşıya qoyaraq müharibəyə təhrik edirlər.

Fevralın 14-də Kinmen bölgəsində baş verənlərin gtəqsirkarının adını çəkmək o qədər də asan deyil. Çünki Çin təkcə Tayvanın özünü deyil, həm də sahil zolağından bir neçə kilometr aralıda nəzarət etdiyi bütün adaları öz torpağı hesab edir. Bu o deməkdir ki, Pekinin nöqteyi-nəzərindən Tayvanda heç bir sahil mühafizəsi olmamalıdır və çinli balıqçılar bunu nəzərə almaq məcburiyyətində deyillər.

Tayvan isə bildirib ki, ilkin araşdırmaya görə, onun mühafizəçiləri öz vəzifələrini qanun çərçivəsində yerinə yetiriblər və heç bir qanun-qaydanı pozmayıblar.

Tayvan hökuməti baş verənlərə görə dərin təəssüf hissi keçirdiyini bəyan edib.

Sərhədçilər sağ qalan iki balıqçını xəstəxanaya çatdırıblar, onların həyatları üçün təhlükə yoxdur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR