İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin ABŞ-ı Tayvanda separatizmi dəstəkləməyi dayandırmağa çağırıb

266 08.05.2023 11:03 Son xəbər A A

ABŞ Tayvan məsələsinə düzgün yanaşmalı və “Vahid Çin prinsipi”ni məhv etməyi dayandırmalıdır.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bunu Çin Xalq Respublikasının xarici işlər naziri Qin Qan Amerika səfiri Nikolas Börnslə görüşdə deyib.

Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, Vaşinqton “Tayvanın müstəqilliyi”nin separatçı qüvvələrinə dəstəyi dayandırmalıdır. Qin Qan ABŞ-a Çinin “qırmızı xətlərinə” hörmətlə yanaşmağın vacibliyini də xatırladıb.

Bundan əvvəl "Bloomberg" agentliyi Vaşinqtonun sürətləndirilmiş prosedur çərçivəsində Tayvana 500 milyon dollar dəyərində silah ötürməyi planlaşdırdığını bildirmişdi. Mənbələrin məlumatına görə, ABŞ prezidenti Co Baydenin göstərişi ilə “silah və ya köməkçi texnika” ayrılacaq.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR