İnsanlara hürriyət, millətlərə istiqlal!

Çimərlikdə insanların həyatını təhlükəyə atan avtoxuliqan cəzalandırıldı

420 27.06.2023 16:43 Son xəbər A A

Çimərliklərin birində təhlükəli manevrlər edən nəqliyyat vasitəsinin sürücüsünə protokol tərtib edilib.

Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Məlumatda qeyd edilib ki, hadisəni törədən 10-RJ-032 dövlət nömrə nişanlı VAZ-21074 markalı minik avtomobilinin sürücüsü Lənkəran şəhər sakini 2002-ci il təvəllüdlü Rəşad Rövşən oğlu Heydərzadə barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1.3 maddəsi ilə (mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə) protokol tərtib edilib.

İnzibati Xətalar Məcəlləsinin qeyd edilən maddəsinin pozulmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR