İnsanlara hürriyət, millətlərə istiqlal!

CHP-də İmamoğlu-Özəl münaqişəsi başlayıb?

868 07.01.2024 12:57 Region A A

Türkiyədə bu ilin mart ayında keçiriləcək bələdiyyə seçkilərinə müxalifət də ciddi hazırlaşır.

Musavat.com xəbər verir ki, ana müxalifət partiyası CHP-nin İstanbul və Ankara namizədləri artıq bəllidir. Bunlar hazırkı merlər Əkrəm İmamoğlu və Mansur Yavaşdır.

İqtidara yaxınlığı ilə bilinən “Sabah” qəzeti isə CHP-nin yeni sədri Özgür Özəllə Əkrəm İmamoğlu arasında namizəd böhranının yarandığını yazır. İstanbul meri Əkrəm İmamoğlu böyük şəhərin rayonları ilə yanaşı, digər vilayətlərdə də namizədlərin müəyyənləşdirilməsində fəal rol oynamaq istəsə də, Özgür Özəl buna qarşı çıxıb.

Bundan əlavə, İmamoğlunun namizədliyinin açıqlanması mərasimində daha bir detal yerli medianın gözündən qaçmayıb. Belə ki, həmin tədbirə CHP-nin keçmiş sədri Kamal Kılıçdaroğlunun gəlməməsi diqqət çəkib. Kılıçdaroğlunun tədbirin keçirildiyi saatda Səadət partiyasının lideri Təməl Karamollaoğlu ilə görüşməsi ayrıca maraq doğurub. Bununla CHP-nin keçmiş sədrinin açıq şəkildə Əkrəm İmamoğluna açıq təpki qoyduğu bildirilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR