İnsanlara hürriyət, millətlərə istiqlal!

Ceyhun Bayramov Uqandanın vitse-prezidenti ilə QH çərçivəsində əməkdaşlığı müzakirə edib

326 22.09.2023 21:35 Siyasət A A

22 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Uqanda Respublikasının vitse-prezidenti Cessika Alupo ilə görüşüb.

Bu barədə Musavat.com-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Görüşdə iki ölkə arasında əməkdaşlıq məsələləri, habelə Qoşulmama Hərəkatı (QH) çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Nazir Ceyhun Bayramov ölkəmizin son dövrlərdə, xüsusilə Qoşulmama Hərəkatına (QH) sədrliyi dövründə Uqanda ilə təmaslarının artdığını qeyd edərək, bundan sonra da QH Üçlüyü çərçivəsində aktiv əməkdaşlıq etmək niyyətində olduğumuzu bildirib, Hərəkatın gələcək Uqanda sədrliyinə uğurlar arzu edib.

Müxtəlif sahələrdə təcrübə mübadiləsinin münasibətlərin, o cümlədən ölkələrimizin inkişafına töhfə verdiyini qeyd edən nazir Ceyhun Bayramov, Uqandanın Hoima şəhərində Azərbaycanın ASAN xidmət modeli əsasında yaradılmış vətəndaşlara xidmət mərkəzinin açılmasının bunun bariz nümunəsi olduğunu qeyd edib.

Vitse-prezident Cessika Alupo Azərbaycanın QH-yə sədrliyi dövründə Hərəkatın dirçəldilməsi, nüfuzunun artırılması istiqamətində səylərin təqdirəlayiq olduğunu, bu xüsusda mövcud bu uğurlu təcrübənin növbəti illərdə davam etdirilməsi üçün əməkdaşlığın vacibliyini vurğulayıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR