İnsanlara hürriyət, millətlərə istiqlal!

Çexiya ABŞ-dan F-35 almağa 6,5 milyard xərcləyəcək

468 21.01.2024 23:59 Dünya A A

Çexiya 2024-cü ilin mart ayının sonuna kimi ABŞ-la 24 ədəd F-35 səsdən sürətli qırıcıların alınmasına dair müqavilə bağlayacaq.

Bu barədə CTK xəbər agentliyi məlumat yayıb.

Qırıcı təyyarələrin alınması 2023-cü ilin sentyabrında Çexiya hökuməti tərəfindən təsdiqlənib. Müqavilənin ümumi dəyəri, agentliyin məlumatına görə, 150 milyard kron (təxminən 6,5 milyard dollar) təşkil edəcək. Bu, Çexiya ordusu tarixində ən böyük maliyyə əməliyyatı olacaq. Praqa martdan əvvəl ABŞ-la müqavilənin imzalanacağını istisna etmir. Konkret tarixlər təyin edilməyib.

Çexiya Hərbi Hava Qüvvələrində F-35-lər İsveçdən icarəyə götürülmüş 14 JAS-39 Gripen səsdən sürətli qırıcılarını əvəz etməlidir. Agentliyin məlumatına görə, Amerika təyyarələri 2069-cu ilə qədər milli hava məkanını qoruyacaq.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR