İnsanlara hürriyət, millətlərə istiqlal!

Cənubi Koreyada kriptovalyuta dələduzları ömürlük həbs ediləcək

333 08.02.2024 01:52 Dünya A A

19 iyul 2024-cü il tarixində Cənubi Koreyada kriptovalyuta dələduzlarını ömürlük həbsə qədər cinayət cəzası gözləyəcək qanun qüvvəyə minəcək.

Bu barədə ölkənin Maliyyə Xidmətləri Komissiyasının (FSC) bəyanatında deyilir.

FSC-nin saytında qeyd olunan məlumata görə, kriptovalyuta qanununun (keçən ilin yayında qəbul edilib) pozulması ən azı bir il həbs və ya qanunsuz qazancın 3-5 misli məbləğində cərimə ilə nəticələnə bilər. Kriptovalyuta cinayətlərindən 5 milyard vondan (3,76 milyon dollar) çox qazananları ömürlük həbs və ya gəlirinin iki qatı məbləğində cərimə gözləyir.

Yeni qanun kriptovalyuta bazarında qeyri-qanuni fəaliyyətlərin kökünü kəsmək üçün nəzərdə tutulub.//Oxu.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR