İnsanlara hürriyət, millətlərə istiqlal!

Çempionlar Liqası: "Real Madrid" əzmkar qələbə ilə finala yüksəlib

1117 05.05.2022 02:15 İdman A A

UEFA Çempionlar Liqasında digər finalçının da adına aydınlıq gəlib.

 

"Report"un məlumatına görə, yarımfinal mərhələsinin cavab oyununda İspaniyada İngiltərənin "Mançester Siti" klubunu 3:1 hesabı ilə məğlub edən "Real Madrid" həlledici qarşılaşmaya vəsiqə qazanıb.

 

Hesabı 73-cü dəqiqədə qonaqlardan Riyad Mahrez açıb. Meydan sahibləri 90-cı və 90+1-ci dəqiqələrdə Rodriqonun vurduğu qollarla ümumi hesabı bərabərləşdirib. Bu səbəbdən görüşdə əlavə vaxt oynanılıb. 95-ci dəqiqə Kərim Benzema penaltidən fərqlənməklə, 3-cü topu rəqibin qapısından keçirib və yekun hesabı müəyyənləşdirib.

 

İngiltərədəki ilk qarşılaşmada meydan sahibləri qələbə qazanmışdılar - 4:3.

 

UEFA Çempionlar Liqası, yarımfinal

 

Cavab oyunu

 

4 may

 

23:00. "Real Madrid" (İspaniya) - "Mançester Siti" (İngiltərə) - 3:1 (ƏLAVƏ VAXTDA - 1:0)

 

Qollar: Rodriqo, 90; 90+1 - Riyad Mahrez, 73

 

Baş hakim: Daniele Orsato (İtaliya)

 

Madrid, "Santyaqo Bernabeu" stadionu.

 

İlk oyun - 3:4

 

Qeyd edək ki, "Real Madrid" finalda İngiltərənin digər təmsilçisi "Liverpul"la qarşılaşacaq. Həlledici oyun mayın 28-də Fransanın paytaxtı Parisdəki "Stad de Frans"da keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR