İnsanlara hürriyət, millətlərə istiqlal!

"Çelsi"dən "transfer bombası": 116 milyon təklif etdilər

1555 03.07.2023 14:14 İdman A A

"Çelsi" Viktor Osimhen üçün "Napoli" ilə danışıqlar aparmağı planlaşdırır.

Offsideplus.az “Football.London”a istinadən xəbər verir ki, "zadəganlar" hücumçu üçün ən azı 100 milyon funt-sterlinq (116 milyon avrodan çox) təklif etməyi düşünür.

Daha əvvəl bildirilirdi ki, neapollular 2022/23 mövsümünü A Seriyasında bombardir kimi başa vuran forvard üçün ən azı 150 milyon avro tələb edir.

Qeyd edək ki, 24 yaşlı futbolçu 2020-ci ilin yayından çıxış etdiyi "Napoli"də son mövsüm bütövlükdə 39 matçda 31 qol və 4 assistlə yadda qalıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR