İnsanlara hürriyət, millətlərə istiqlal!

Cəlilabadda yük avtomobili qadını vuraraq öldürüb

268 01.01.2023 14:26 Hadisə A A

Cəlilabadda yük avtomobili qadını vuraraq öldürüb.

"Report"un Muğan bürosunun məlumatına görə, Çünzəli kənd sakini Mərhəmət İsmayılov idarə etdiyi "Ford" tranzit markalı yük avtomobilini Göytəpə şəhəri ərazisindəki əkin sahələrindən birində piyadalar və nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş torpaq yolda geriyə hərəkət etdirərkən ehtiyatsızlıqdan Xəlilabad kənd sakini, 1983-cü il təvəllüdlü Nuridə Nuriyevanı vurub.

Qadın xəstəxanaya çatdırılsa da, çoxsaylı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR