İnsanlara hürriyət, millətlərə istiqlal!

Cəlilabadda pay torpağı üstündə dava olub, xəsarət alanlar var

368 15.12.2022 22:27 Hadisə A A

Cəlilabad rayonunda pay torpağı üstündə düşən mübahisə davaya səbəb olub.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Axtaxana kəndində baş verib.

Belə ki, kənd sakini, V.Sadıqov pay torpağı üstündə yaranan mübahisə zamanı həmkəndlisi E.Məmmədovu döyərək ona xəsarət yetirib.

E. Məmmədovun qardaşı isə yaranan mübahisə zəminində V.Sadıqovun qardaşı oğlu, 2005-ci il təvəllüdlü A.S-nı döyüb.

Hər iki xəsarət alana xəstəxanada tibbi yardım göstərilib.

Məsələ ilə bağlı sorğumuza DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, hər iki faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR