İnsanlara hürriyət, millətlərə istiqlal!

Cəlilabadda güclü külək nəticəsində qırılan elektrik xətləri bərpa olunub

300 22.04.2023 18:27 Hadisə A A

Cəlilabadda güclü külək nəticəsində qırılan elektrik xətləri bərpa olunub.

"Report"un Muğan bürosunun məlumatına görə, rayon mərkəzinə ötən gün gecə saatlarında, kəndlərə isə bu gün elektrik enerjisinin verilişi bərpa edilib.

Cəlilabad Rayon Fövqəladə Hallar Komissiyasının ilkin məlumatına görə, qasırğa rayon ərazisində 50-yə yaxın ağacı, 15-ə yaxın elektrik dirəyini aşıb, 5 evin dam örtüyünə ziyan dəyib, 1 ticarət obyektinin dam örtüyü uçub, Komanlı kənd orta məktəbinin dam örtüyünün bir hissəsi dağılıb.

Qeyd edək ki, Cəlilabadda ötən gün müşahidə olunan qeyri-sabit hava şəraiti bir sıra fəsadlar törədib. Rayonun əksər hissəsi işıqsız qalmışdı.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR