İnsanlara hürriyət, millətlərə istiqlal!

Cəlilabadda 14 yaşlı oğlan axtarışda - FOTO

441 31.05.2023 20:59 Hadisə A A

Cəlilabadda yeniyetmə itkin düşüb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Cəlilabad rayon sakini, 2009-cu il təvəllüdlü Pünhan Ceyhun oğlu Quliyev dünən təhsil aldığı məktəbdən çıxandan sonra rayonu tərk edib və geri qayıtmayıb.

P.Quliyevin maşınla Lənkəranın "Ləvəngi" dairəsinə getdiyi, parkda dönər, su aldığı bildirilir.

Evdən çıxarkən əynində ağ köynək və əlində çanta olub.

Faktla bağlı polisə müraciət olunub.

DİN-nin Mətbuat xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna bildirilib ki, yeniyetmənin mayın 30-da saat 18 radələrində yaşadığı evdən çıxaraq bir daha geri qayıtmaması ilə bağlı Cəlilabad RPŞ-yə müraciət daxil olub. Hazırda P.Quliyevin tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir.

itkin.jpg (77 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR