İnsanlara hürriyət, millətlərə istiqlal!

Çəkilişdə operatoru güllələyən Bolduinə qarşı yeni ittihamı

459 21.01.2024 11:40 Dünya A A

ABŞ-ın Nyu-Meksiko ştatında böyük münsiflər heyəti məşhur aktyor Alek Bolduini 2021-ci ildə “Rust” filminin çəkiliş meydançasında operator Qalina Hatçinsin ölümü ilə nəticələnən çəkilişlə bağlı yeni ittiham irəli sürüb.

Musavat.com xarici mediaya istinadla bildirir ki, bu barədə yanvarın 19-u axşam Nyu-Meksikoda işə baxan məhkəmə məlumat verib.

Bolduin iki cinayətdə - "odlu silahdan ehtiyatsızlıqla istifadə etmək"də və "başqalarının təhlükəsizliyinə tam etinasızlıq və ya biganəliklə törədilmiş ölümcül nəticələrlə hərəkət etmək"də ittiham olunur.

Bunlar dördüncü dərəcəli cinayət ittihamlarıdır və aktyoru 18 aya qədər həbs cəzası gözləyir.

Bolduinə qarşı əvvəlki "qəsdən adam öldürmə" ittihamı 2023-cü ilin aprelində ləğv edilib, lakin prokurorlar daha sonra "əlavə faktların" ortaya çıxdığını söyləyiblər.

Hatçinsin ölümündə istifadə edilən tapança əlavə ekspertizadan keçirilib. 

Aktyorun vəkilləri yeni məhkəmə prosesini gözlədiklərini bildiriblər. Yeni məhkəmə iclaslarının vaxtı hələ müəyyən edilməyib.

Ukrayna vətəndaşı, amerikalı kinematoqraf Qalina Hatçins 2021-ci ildə Santa Fe şəhəri yaxınlığında “Rust” filminin çəkilişi zamanı dünyasını dəyişib.

Səhnələrin birində filmin aparıcı aktyoru və prodüseri Alek Bolduin tapançadan boş patronlarla atəş açmalı imiş, lakin məlum olub ki, silah həqiqi güllə ilə doldurulub. O, təsadüfən 42 yaşlı operator vurub və qadına aldığı güllə yarasından xəstəxanada ölüb.

Real döyüş sursatlarının çəkiliş meydançasına necə daxil olduğu hələlik qeyri-müəyyən olaraq qalır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR