İnsanlara hürriyət, millətlərə istiqlal!

“Cəbhədən xoruzları qaytarın” yazan özbək icmasının liderinə iş açılır - TƏFƏRRÜAT

2721 19.01.2024 12:30 Dünya A A

Rusiya İstintaq Komitəsi (İK) regionlararası “Vatandosh” özbək icmasının prezidenti Usman Baratova qarşı cinayət işi açmaq niyyətindədir.

Musavat.com “Vedomosti”yə istinadən xəbər verir ki, rus hərbi reportyorlar Baratovun sosial şəbəkələrdə yer alan təhqiramiz ifadələrinə görə ölçü götürmək xahişi ilə İK rəhbəri Bastrıkinə müraciət etdilər.

Baratov “Odnoklassniki” hesabında Rusiyada yumurta qıtlığı ilə bağlı yaranmış vəziyyətə görə toyuqların şəkli ilə müşayiət olunan bir yazı yerləşdirib: “Sizə yumurta lazım deyil, ... lazımdır! Öndəki xoruzları geri qaytarın!”

Əvvəllər o, Rusiyada yaşayanların bütünlüklə "rus" adlandırılması ilə razılaşmadığını bildirib. Baratovun dediyinə görə, o, özbəkdir və Rusiya vətəndaşıdır, lakin rusların içində əriyib getmək istəmir.

İcma rəhbəri qeyd edib ki, Rusiyanın uyğunlaşmaya, inteqrasiyaya ehtiyacı var, amma xalqları assimilyasiya etmək olmaz.

Onu da qeyd edək ki, “yumurta” və “xoruz” kəlmələrinin rusca variantı biədəb omonimlər səciyyəsi daşıyır. Ruslar xayaya “yaytso”, cinsi azlıqlara isə “petux” deyirlər. ona görə də Baratovun paylaşımında təhqiramiz elementlər "tapıblar".

Bundan başqa, Rusiyada Ukrayna cəbhəsində döyüşənlərlə bağlı hər hansı bir xoş olmayan kəlmə artıq cinayət aktı kimi qiymətləndirilir.

P.S. "VÇK-OQPU" teleqram kanalı məlumat yayıb ki, Moskvada “Vətəndoş” regionlararası özbək icmasının prezidenti Usman Baratov artıq saxlanılıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR