İnsanlara hürriyət, millətlərə istiqlal!

Cavanşir Məmmədovun ölüm səbəbi: “Ürəyində dörd stent var idi, əsəb yıxdı onun evini”

1502 20.04.2024 15:56 Ölkə A A

Əməkdar artist Cavanşir Məmmədovun vəfatından danışan Əməkdar artist Firuzə İbadovanın qızı onun ürəyində problem olduğunu vurğulayıb.

O, Moderator.az-a açıqlamasında bildirib ki, Cavanşir Məmmədovun ürəyinə dörd ədəd stent qoyulub:

“Qəfil ürəktutmasından keçinib. İndi ora gedirik, hələ dəfn olunmayıb. Bizə də indi deyiblər, donub qalmışıq. Ürəyində dörd stent var idi, əsəb yıxdı onun evini. Anam donub qalıb, şok yaşayır. Ona görə də telefonlara mən cavab verirəm”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR