İnsanlara hürriyət, millətlərə istiqlal!

CASCA+ yeni hədəfləri - Aşqabadda məsləhətləşmələr keçirilib

372 16.11.2023 11:43 Dünya A A

CASCA+ (Mərkəzi Asiya, Cənubi Qafqaz və Türkiyə) beynəlxalq multimodal nəqliyyat və tranzit marşrutunda iştirak edən ölkələrin dəmir yolu idarələrinin rəhbərləri Aşqabadda yükdaşımaların artırılması məsələlərini müzakirə ediblər.

Musavat.com xəbər verir ki, bu barədə “Neytral Türkmənistan” rəsmi qəzeti məlumat yayıb.

Məsləhətləşmədə Azərbaycan, Gürcüstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Türkmənistanın nazirlik və idarələrinin, habelə logistika şirkətlərinin və müəssisələrinin nümayəndə heyətləri iştirak edib.

Bildirilib ki, iki dənizdən və bir çox ölkənin ərazisindən keçən multimodal magistrallar bu dəhlizin imkanlarından səmərəli istifadə etməyə imkan verir. Tədbir iştirakçıları bildiriblər ki, məqsəd bu il daşımaları 30 min konteynerə çatdırmaqdır. Onların fikrincə, bu, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri üzrə daşımaların intensivləşməsinə töhfə verəcək.

CASCA+ marşrutu 2019-cu ildə yaradılıb, 30 minə yaxın konteyner daşınıb. Türkiyə is bu marşruta 2021-ci ildə qoşulub.
Qeyd edək ki, Cənub-Şərqi Asiya ölkələrini, xüsusən də Çini Avropa ilə birləşdirmək məqsədi daşıyan marşrut boyu daşımalarda maraqlı olacaq yeni iştirakçıları qəbul etməyə hazır olduğunu bildirilir.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR