İnsanlara hürriyət, millətlərə istiqlal!

Cari ildə bazarlara neft təklifi tələbdən daha çox olacaq - BEA

339 18.01.2024 16:25 Dünya A A

2023-cü ildə qlobal neft tədarükü sutkada 1,9 milyon barel artaraq 102 milyon barelə çatıb.

Musavat.com Beynəlxalq Enerji Agentliyinin aylıq hesabatına istinadən xəbər verir ki, il ərzində OPEC+ razılaşmasına daxil olmayan ölkələr hasilatı sutkada 2,3 milyon barel artırıb ki, bunun da üçdə ikisi ABŞ-ın payına düşür.

Agentliyin proqnozuna görə, 2024-cü ildə qlobal bazara neft təklifi tələbdən çox artacaq. 2023-cü ildə OPEC+ ölkələrindən tədarük 390 min barel, Səudiyyə Ərəbistanının hasilatı isə 900 min bareldən çox azalıb.

2023-cü ildə qlobal neft tələbi, BEA analitiklərinin fikrincə, sutkada 2,25 milyon barel artaraq 101,72 milyon barel olub.
BEA-ya görə, 2024-cü ildə ABŞ, Braziliya, Qayana və Kanadadan rekord hasilat qeyri-OPEC+ hasilat artımını dəstəkləyəcək, qlobal tədarük proqnozu sutkada 1,5 milyon barel artaraq tələb artımını üstələyəcək və 103,5 milyon barelə yüksələcək.

2024-cü ildə dünyada neft istehlakı, BEA-nın məlumatına görə, 1,24 milyon barel artaraq 102,96 milyon barel olacaq: "Hamısı Amerikadan olan bu dörd qeyri-OPEC+ hasilatçısının gündə qlobal neft hasilatına 1,3 milyon barel əlavə edəcəyi gözlənilir ki, bu artımın yarısından çoxu ABŞ-ın payına düşür".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR