İnsanlara hürriyət, millətlərə istiqlal!

Çarəsiz balıqçıların xilası – Qar fırtınası üzündən onlar 4 gün maşında qalıblar

728 18.01.2024 13:11 Dünya A A

Qar fırtınası zamanı çöldə qalan balıqçılar Akmola rayon polis məmurunun köməyi nəticəsində xilas olublar.

Musavat.com polisia.kz saytına istinadən xəbər verir ki, yanvarın 12-də Astananın iki sakini minik avtomobili ilə Akmola vilayətinin Arşalinski rayonunda yerləşən Kenetay gölünə balıq tutmağa gəlib.

Həmin yerə çataraq avtomobili sahildən təxminən 1,5 kilometr aralıda saxlayan şəxslər balıq tutmağa başlayıblar. Lakin ertəsi gün hava pisləşib, qar fırtınası başlayıb və göz-gözü görməz hala gəlib.

Əlverişsiz hava şəraitini nəzərə alan astanalılar balıq tutmağı dayandıraraq evlərinə qayıtmaq qərarına gəliblər. Lakin onlar qar yığını və sərt şaxta üzündən maşını yerindən tərpədə bilməyiblər. Vəziyyətin ümidsiz olduğunu görən şəxslər dostları vasitəsilə həmin ərazini yaxşı tanıyan yerli polis əməkdaşı ilə əlaqə saxlayıblar.

Görünüşün sıfır olmasına baxmayaraq, asayiş keşikçisi dərhal köməyə gəlib və balıqçıları tapıb.

“Orada heç nə etmək mümkün deyildi, avtomobil yığılan qar səbəbindən hərəkətsiz qaldı, yerə bərk yapışmışdı. Mən təklif etdim ki, balıqçılar maşınlarını qoyub evlərinə getsinlər və tufan səngiyəndə qayıtsınlar”, - deyə rayon polis şöbəsinin əməkdaşı Ömərov deyir.

İki gün sonra hava açılarkən polis məmuru Astana sakinləri ilə əlaqə saxlayıb ki, gəlib maşınlarını götürə bilərlər.

Sözügedən nahiyədə dörd gün ərzində pis hava şəraitində çöldə olan üç Qaraqanda sakini və daha iki avtomobil tapılıb. Bütün yol qarla örtüldüyündən onlar da çıxa bilməyiblər. Xoşbəxtlikdən, balıqçılarda hər cür bütün təchizat olub və onlar ac qalmaqdan və donmaqdan sovuşublar.

“Mən yolu təmizləyə bildim və bütün avtomobilləri yedəyə ala bilən K-700 traktorunun axtarışına getməli oldum. Maşınların xilas edilməsi iki saat çəkdi. Səylərimiz boşa getmədi, bütün səyahətçilər sağ-salamat evlərinə qayıtdılar”, - deyə polis məmuru bildirir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR