İnsanlara hürriyət, millətlərə istiqlal!

Camalyandan ŞOK: “İran və Rusiyanın köməyi ilə əvvəlki əraziləri geri ala bilərik”

1346 31.07.2023 18:16 Son xəbər A A

“Dünya düzəninin dəyişməsi prosesinin davam etdiyi bir şəraitdə güc mərkəzləri romantizm və humanizmi deyil, yalnız öz maraqlarını rəhbər tutacaqlar”.

Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, bu fikir yerli hərbi ekspert David Camalyan tərəfindən səslənib.

“Ola bilsin ki, bəzi ölkələr humanizm pərdəsi altında sadəcə öz maraqlarını güdsünlər. Lakin indiki şəraitdə biz “Artsax”ın (rus sülhməramlılarının nəzarət etdiyi ərazilərdə qondarma və oyuncaq quruma verilən ad - red.) dünya tərəfindən tanınmasını gözləyə bilmərik”, - deyə o, “İcmal” proqramının efirində deyib.

Camalyanın sözlərinə görə, indi Ermənistan tərəfi üçün kimin potensial müttəfiq ola biləcəyini anlaması vacibdir. Çünki onlar müəyyən anda tanıma məsələsini həll edə bilər.

“Müəyyən mərhələdə “Artsaxı” tanımaq yolunu tuta biləcək 1-ci dövlət Rusiyadır”, - deyə Camalyan bildirib. Onun fikrincə, Rusiya tərəfində yeni dünya düzəninin qurulmasında iştirak edən dövlətlər də eyni mövqe nümayiş etdirəcək.

“İran “Artsax”ın (qondarma qurum - red.) tanınması yolunu seçməyə bilər, lakin İranla sərhəd ərazisinin ən azı 100 km-nin erməni qüvvələri tərəfindən tutulması Tehrana sərf edir. Başqa sözlə, İran “Artsax”ın subyektivliyini gücləndirmək üçün əlindən gələni edəcək. Gələcəkdə isə Rusiya-Ermənistan birgə qüvvələri burada əvvəlki status-kvonu (yəni Azərbaycan torpaqlarının yenidən işğalı - red.) bərpa edə bilərlər”, - deyə revanşist ekspert arzusunu dilə gətirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR