İnsanlara hürriyət, millətlərə istiqlal!

BVF-nin proqnozu Azərbaycan üçün təhlükəli sayılırmı?

1120 31.03.2023 16:34 İqtisadiyyat A A

“Hazırkı dövrdə uçot dərəcələrinin aşağı salınması iqtisadiyyatımız üçün ağır nəticələrə səbəb ola bilər” – Vüsalə Əhmədova

Beynəlxalq Valyuta Fondunun (BVF) direktoru Kristalina Georgiyeva bildirib ki, BVF-nin proqnozlarına görə, 2023-cü il dünya iqtisadiyyatı üçün çətin olacaq. BVF rəhbərinin Çində keçirilən Boao Asiya Forumunda çıxışının mətnində deyilir: "Qlobal iqtisadiyyat artıq bir müddətdir ki, təlatümlü mühitdə olub, şokdan sonra şok yaşayır. Biz 2023-cü ilin daha çətin il olacağını gözləyirik". Georgiyeva qeyd edib ki, Ukraynadakı münaqişənin nəticələri və dünyada pul siyasətinin sərtləşdirilməsi 2023-cü ildə 3%-dən az olacağı proqnozlaşdırılan qlobal ÜDM-in artım tempinə mənfi təsir etməkdə davam edəcək.

5990fc56-473d-371a-97c7-83b787677f43_850.jpg (65 KB)

Qeyd edək ki, 2023-cü illə bağlı hələ ötən ilin sonlarında da pessimist proqnozlar irəli sürülürdü. Bir çox beynəlxalq təşkilatlar bu il iqtisadi artımın zəif olacağını proqnozlaşdırırdılar.

Əsasən hansı sahədə geriləmə olacaq? Azərbaycan üçün nələr gözlənilir?

1614172764225.jpg (128 KB)

İqtisadçı alim Vüsalə Əhmədova mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, dünya iqtisadiyyatının pandemiyadan sonra 2022-ci ildə böhrandan çıxacağı gözlənilirdi:

“Ancaq təəssüf ki, belə olmadı. İstər ABŞ-Çin arasında ticari müharibələr, istərsə də Rusiya-Ukrayna müharibəsi böhranı daha da dərinləşdirdi. Aparıcı fond birjalarına nəzər salsaq, 2022-ci ildə 9% ilə 15% arasında geriləmə baş verib. Hətta, yüksək texnologiyalı şirkətlərin səhmləri üzrə ixtisaslaşmış NASDAQ birjası 33,54% gerilədi. Demək olar ki, heç kim 2023-cü il üçün optimist proqnoz vermir. İstər, Beynəlxalq Maliyyə Fondunun, Avropa Mərkəzi Bankının, istərsə də, İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının, Dünya Bankının iqtisadçıları 2023 və 2024-cü illərdə 2,4% ilə 3,0% arasında tənəzzül yaşanacağını qeyd edirlər. Bu proqnozları ümumiləşdirib deyə bilərik ki, 2023-cü ildə dünya iqtisadiyyatında durğunluq və daha sonra ən azı 3-4 il sərt tənəzzül ehtimal olunur. Hazırda bütün dünyada enerji və ərzaq qiymətlərinin yüksəlməsi inflyasiyaya səbəb olur. İnkişaf etməkdə olan ölkələrdə inflyasiya 2011-ci ildən etibarən ən yüksək həddə çatıb. İnflyasiya ilə mübarizə üçün yüksək borclanma bəzi iqtisadiyyatların daralmasına səbəb olur. Dünyada Mərkəzi Banklar inflyasiya ilə mübarizə aparmaq üçün yüksək faiz dərəcələrinin tətbiqinə və sərt pul-kredit siyasətinə üz tuturlar. Yüksək faiz dərəcələri səbəbindən isə inkişaf etməkdə olan ölkələr artıq borc yükünü daşıya bilməyəcək bir nöqtəyə gəlib. Yüksək faiz dərəcələri həmçinin istehlakçı tələbi üzərində təzyiqi artırır”.

dc7a807e-35c9-343b-896a-10c26f7e5090_850.jpg (52 KB)

Ekspert hesab edir ki, Azərbaycan Mərkəzi Bankı fevral ayında ilk dəfə uçot dərəcəsini 0.25% bəndi artıraraq 8.5%-ə yüksəltdi: “Ardınca yenə, mart ayında uçot dərəcəsini 0,25% bəndi artıraraq 8,5%-dən 8,75%-ə çatdırılması barədə qərar qəbul etdi. Hazırda ən optimal variantın bu olduğunu deyə bilərik. Ənənəvi iqtisadi nəzəriyyəyə görə, faiz dərəcələrinin yüksək tutulması inflyasiyanın aşağı salınmasına və ölkə valyutasının möhkəmlənməsinə təsir edən əsas faktordur. İnflyasiyanın artdığı bir dövrdə qiymətlərin yüksəlməsini cilovlamaq üçün faiz dərəcələri artırılmalıdır. Yüksək faizlər hər nə qədər investisiyaların önünü kəssə də, hazırkı dövrdə uçot dərəcələrinin aşağı salınması iqtisadiyyatımız üçün ağır nəticələrə səbəb ola bilər. Bütün istehlak məhsullarını xaricdən aldığımız bir vaxtda vətəndaşların olmayan alıcılıq qabiliyyəti daha da geriləyə bilər”.

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR