İnsanlara hürriyət, millətlərə istiqlal!

Bütün gözlər Ukraynada - İki lider hansı məsələləri danışacaq? FOTO VİDEO

1457 18.08.2022 16:13 Gündəm A A

Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Vladimir Zelenskinin dəvəti ilə Ukraynaya səfər edib.

Musavat.com xəbər verir ki, hazırda Ərdoğan Lvovda Zelenski ilə görüşür.

Prezident Ərdoğanın Ukrayna prezidenti Zelenski ilə təkbətək görüşü Potski sarayında başlayıb. Lvovda BMT-nin baş katibi Quterreşin iştirakı ilə üçtərəfli sammit də keçiriləcək. Görüşdən sonra Ərdoğan, Zelenski və Quterreş birgə mətbuat konfransı keçirəcək.

Qeyd edək ki, prezident Ərdoğanı səfərdə, Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Enerji və Təbii Sərvətlər naziri Fatih Dönmez, Milli Müdafiə Naziri Hulusi Akar, Kənd Təsərrüfatı və Meşə Naziri Vahit Kirişçi, Ticarət naziri Mehmet Muş, Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan, Rabitə rəhbəri Fahrettin Altun, Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın, Müdafiə Sənayesi sədri İsmail Dəmir, AK Partiya sədr müavini və partiya sözçüsü Ömər Çelik və Baykar baş direktoru Haluk Bayraktar da müşayiət edir.

Məlumat üçün bildirək ki, Ərdoğan sonuncu dəfə fevralın 3-də Zelenski ilə təkbətək görüşüb. İki lider arasında müharibə başlayandan bəri dəfələrlə telefon danışığı olub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR