İnsanlara hürriyət, millətlərə istiqlal!

Burkino-Fasoda 4 fransız casus saxlanılıb

1299 20.12.2023 13:57 Dünya A A

Burkina-Faso hakimiyyəti tərəfindən diplomatik pasportlara malik 4 Fransa vətəndaşı casusluqda şübhəli bilinərək saxlanılıb.

Musavat.com xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Agentlik mənbələrinin bildirdiyinə görə, Burkina-Faso səlahiyyətliləri Fransanın baş kəşfiyyat idarəsinin əməkdaşları olduğu müəyyən edilən dörd fransızın ölkədəki fəaliyyəti ilə bağlı araşdırma aparır. Onların dördü də kişidir və casusluqda şübhəli bilinirlər. Hazırda saxlanılan şəxslər istintaq təcridxanasındadır və onlara konsulluq yardımı göstərilir.

Fransa tərəfinin məlumatına görə, noyabrın sonunda Fransa diplomatik missiyasının dəvəti ilə Burkina-Fasonun paytaxtı Uaqaduqu şəhərinə texniki işlər aparmaq üçün gələn dörd Fransa vətəndaşı dekabrın 1-də polis tərəfindən saxlanılıb. Adının açıqlanmasını istəməyən diplomatik mənbə bildirib ki, Fransa "bu texniki işçilərin kompüterə texniki xidmət işlərinə aid olmayan səbəblərə görə Burkina-Fasoya göndərildiyinə dair iddiaları rədd edir".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR