İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bunlar bilərəkdən vicdansızlıq edirlər”-Etibar Əliyevdən ifşa çıxışı  

1200 24.10.2023 16:32 Siyasət A A


Milli Məclisin iclasında çıxış edən deputat Etibar Əliyev maraqlı girişlə başladı.

Musavat.com-un məlumatına görə deputat bildirdi ki, Nobel mükafatı laureatı, böyük alman yazıçısı Günter Qrass “Yaddaşın soğanağı” romanını iki sualın axtarışına həsr edib: “İlk sual budur: Dünyaya böyük maarifçilər və humanistlər vermiş, dünyada ən yaxşı hesab olunan klassik məktəb təhsili və pedaqogika sistemini yaratmış Almaniya, ideyaları bu günün özündə də gənc almanlar arasında tərəfdar tapmaqda olan nasional-sosializmə-faşizmə necə yuvarlanıb?! Böyük yazıçı bu əsərində Almaniya Bundestaqının xarici əlaqələr komitəsinin sədri Maykl Rot kimilərini əvvəlcədən duyurmuş.

Azərbaycan Respublikasının Milli Məclisinin Beynəlxalq Münasibətlər və Parlamentlərarası əlaqələr komitəsi Almaniya Bundestaqının Xarici Əlaqələr Komitəsinin sədri Maykl Rotun verdiyi bəyanatları  qətiyyətlə rədd edib və siyasi riyakarlıq kimi qiymətləndirib.  Erməni faşizmini dəstəkləyən bu siyasətçinin 16 sentyabr 2022-ci il tarixində verdiyi  məsuliyyətsiz bəyanatına diqqət edək: “Azərbaycan Rusiyanın zəifləməsindən istifadə edib ərazi iddialarını genişləndirmək istəyir. Biz Ermənistanı təkcə Rusiyanın öhdəsinə buraxa bilmərik”.

Ardınca deputat M.Rotunun 23 oktyabr 2023-cü il tarixli bəyanatından sitat gətirdi: “Avropa ittifaqı hərbi Alyans deyil,  Bizim Ermənistana yardımlarımız humanitar, siyasi, sosial, iqtisadi istiqamətlərdədir, lazım gəlsə, hərbi istiqamətdə də dəstək verə bilərik”.

E.Əliyev “Avropa İttifaqı belələrinə qurumun adından danışmağa rəvac verir. Erməni faşizminə dəstək göstərən belə siyasətçilərin təhtəlşüurunda faşizm cizgiləri hələ də qalır. Və belələri ifşa olunmalıdır”-söylədi.

Deputat davamında ikili standartlı qüvvələri ifşa məzmununda bunları bildirdi: “BMT-nin Təhlükəsizlik Şurasının Qarabağla bağlı iclasında Ararat Mirzoyanla Azərbaycanın suveren ərazilərinin 30 ilə yaxın davam edən hərbi işğalını, millətimizə  qarşı etnik təmizləmə və amansız cinayətləri pisləməkdən həmişə çəkinən Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrelinin ortasında əyləşmiş Almaniyanın xarici işlər naziri Annalena Berbok sanki onların çıxışlarını köçürmüşdü. Bunlar bilərəkdən özlərini erməni vəhşiliklərindən erməni faşizmindən xəbərsiz kimi aparır və vicdansızlıq edirlər. Günter Qrass bu məşhur romanını 2008-ci ildə yazıb. O zaman Maykl Rotun 33, Annalena Berbokun isə 23 yaşı var idi. Böyük yazıçı onlara bənzər obrazlarda  faşizmə necə yuvarlanmağı çox gözəl təsvir edib. Biz belə siyasi tiplərin mövqeyini alman xalqının mövqeyi kimi qəbul etmirik. Lakin faşizmi və barbarlığı dəstəkləyən siyasilərin addımlarını hər iki tərəf qarşılıqlı olaraq pisləməlidir. Qünter Qrassın təbirincə desək, neofaşizm hər gün lənətlənməlidir”.

E.Paşasoy,
Musavat.com  

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR