İnsanlara hürriyət, millətlərə istiqlal!

Büdcədən ayrılan əlavə vəsait hara xərclənəcək - AÇIQLAMA

682 13.06.2023 12:37 Son xəbər A A

“Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı çıxış edən komitə sədri Tahir Mirkişili ayrılan vəsaitin yönəldiləcəyi istiqamətlərdən bəhs edib.

Bildirdi ki, dövlət büdcəsində artırılan və xərclər arasında yerdəyişləmərin hesabına yaranan ehtiyat vəsiatlərin aşağıdakı istiqamətlərə yönəldilməsi nəzərdə tutulur:

- İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçiriləcək tikinti, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi üçün tədbirlərin maliyyələşdirilməsinə üçün 2 260 milon manat

- Müdafiə qabiliyyətinin və Milli təhlükəsizlik daha da artırılması sahəsində tədbirlərin maliyyələşdirilməsinə 1 105 mln manat.

T.Mirkişili qeyd etdi ki, qeyd olunan prioritet xərclərlə yanaşı, aşağıdakı digər istiqamətlər üzrə əlavə xərclərə vəsaitin yönəldilməsi də təklif olunur:

1) Ölkəmizin həmtəsisçisi olduğu beynəlxalq investisiya və inkişaf fondlarının nizamnamə kapitalında Azərbaycan tərəfinin payının maliyyələşdirilməsi və ölkəmizin yeni “Azərsky-2” peykinin orbitə çıxarılması ilə əlaqədar “Azərkosmos” Səhmdar Cəmiyyətinin nizamnamə kapitalının artırılması üçün cəm olaraq 297,5 milyon manat;

2) Beynəlxalq münasibətlər və digər beynəlxalq fəaliyyətlə bağlı xərclər üçün əlavə 139 milyon 600 min manat, o cümlədən xarici ölkəyə maliyyə yardımı olaraq 100,0 milyon manat

3) Dəmir yolu sahəsində, ölkə ərazisində elektrik enerjisi təchizatı və digər infrastruktur layihələri üzrə yenidənqurma və əsaslı təmir xərcləri üçün 128,0 milyon manat;

4) sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi və kredit faizlərinin subsidiyalaşdırılması üçün 50,0 milyon manat;

5) bəzi büdcə təşkilatlarının maddi-texniki təminatının yaxşılaşdırılması (62,8 milyon manat) və digər zəruri tədbirlərin maliyyə təminatı (39,0 milyon manat) üçün cəm olaraq 102,0 milyon manat;

6) dövlət borcuna xidmətlə bağlı xərclər üçün 177 milyon 500 min manat;

7) dövlət büdcəsindən maliyyələşən bəzi təşkilatların əlavə büdcədənkənar gəlirləri hesabına xərclərinin artırılması üçün 79,0 milyon manat vəsait nəzərdə tutulub.

Bundan əlavə, 2023-ci ildə ÜDM-nin nominal həcminin 111.5 mlrd manat, ÜDM-in real artım tempinin 1.8%, orta illik inflyasiyanın 10.4%, xam neftin bir barelinin büdcə hesablmasına istifadə olunan orta illik qiyməti göstəricisinin isə 60 dollar olacağı proqnozlaşdırılır.

Yenidən baxılma ilə icmal büdcənin gəlirləri 42 milyard 949 milyon manat, xərcləri 41 milyard 214 milyon manat proqnozlaşdırılır. Bu təsdiq olunmuş göstəriciyə nisbətən gəlirlər üzrə 9 milyard 923 milyon manat və ya 30,0 faiz, xərclər üzrə isə 3 milyard 244 milyon manat və ya 8,5 faiz çoxdur.

"Aparılan müzakirələr 2023-cü il dövlət və icmal büdcələrinə yenidən baxılmanın Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin prioritet vəzifə olaraq müəyyən etdiyi işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi, Böyük Qayıdış Proqramının icrası, dövlətin milli təhlükəsizliyinin, müdafiə qabiliyyətinin və ordumuzun hərbi qüdrətinin daha da möhkəmləndirilməsi kimi istiqamətlərə əlavə maliyyə təminatını yaratdığını deməyə əsas yaradıb"-T.Mirkişili daha sonra bildirdi.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR