Türkiyənin köklü vəqf universitetlərindən olan İstanbul Bilgi Universiteti ilə bağlı diqqətçəkən addım atılıb.
Musavat.com xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın imzası ilə yayımlanan qərarda universitetin fəaliyyət icazəsinin ləğv edildiyi bildirilib.
Qərarda belə deyilib:
“İstanbul Bilgi Universitetinin fəaliyyət icazəsinin 2547 saylı Ali Təhsil Qanununun əlavə 11-ci maddəsinə əsasən ləğv edilməsinə qərar verilmişdir.”
Can Holdinqə qarşı başladılan istintaqdan sonra universitetə Əmanətlərin Sığortalanması Fondu (TMSF) tərəfindən əl qoyulmuşdu.
Musavat.com






