İnsanlara hürriyət, millətlərə istiqlal!

"Bu tarixədək qərar veriləcək" - Paşinyandan həyasızlıq

15282 04.08.2022 14:07 Region A A

2023-cü ilə qədər Laçın dəhliz üzərindən Ermənistanla Qarabağa əlaqəni təmin edən yeni nəqliyyat marşrutunun tikintisi planı, həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin sonrakı yerinin dəyişdirilməsi ilə bağlı qərar veriləcək.

Musavat.com Teleqraf.com-a istinadən xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.

10 noyabr üçtərəfli bəyannaməsində Laçın dəhlizi və buna alternativ yolun çəkilişi ilə bağlı bəndi həyasızcasına inkar edən erməni baş nazir çıxışının davamında bildirib:

“Qeyd etməliyəm ki, hazırda Rusiya, Ermənistan və Azərbaycan tərəfindən üçtərəfli formatda təsdiq olunmuş plan yoxdur və biz bir neçə dəfə təklif etmişik və hələ də təklif edirik. Başqa sözlə, üçtərəfli format planını təsdiq etmək lazımdır. İndiyədək bizə belə bir planın layihəsi təklif olunmadığı üçün heç bir planla razılaşmamışıq”.

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR