İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bu qərar ermənilərə dərs olmalıdır”-Hüquq müdafiəçisi

507 07.07.2023 17:24 Siyasət A A


“Ermənistanın xəstə təfəkkürlü siyasi hakimiyyəti, eyni zamanda havadarları nə etdiklərinin fərqində deyillər. Müstəqil dövlətin sərhəd buraxılış məntəqəsi yaratması beynəlxalq hüquqa tam uyğun qərardır. Hətta vizasız gediş-gediş olan ölkələrin sərhədlərində belə bu məntəqələr var”.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Musavat.com-a Ermənistanın Laçın sərhəd-buraxılış məntəqəsinin qanunsuz olması ilə bağlı vəsatətinin Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən rədd edilməsini şərh edərkən qeyd etdi ki, ədalətin qoruyucuları bəzən yanlış addımlar atırlar, bəzən tərəfkeşlik , bəzən də ikili siyasətə xidmət edirlər. Buna görə də məsələyə baxılana qədər müəyyən narahatlıq var idi:

“Beynəlxalq Ədalət Məhkəməsinin qəbul etdiyi qərarlar imperativ deyil, tövsiyəedici xarakterlidir. Əgər qərar rədd olunmasa idi, o zaman BƏM separatizmə xidmət etmiş olardı. Bu qərar ermənilərə dərs olmalıdır. Ermənistan bu kimi addımlar atmaqla beynəlxalq təşkilatlarda riyakar və yalançı olduğunu sübut edir, nüfuzdan düşür. Gələcəkdə BƏM bu kimi vəsatətləri qəbul etməkdən imtina edə bilər”.


Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR