İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ölkənin paytaxtında maskalar və papaqlar qadağan edilib

830 18.02.2024 23:09 Dünya A A

Somalinin paytaxtı Moqadişoda təhlükəsizlik baxımından maska və papaqdan istifadə qadağan edilib.

Moqadişu Bələdiyyəsinin sözçüsü Salah Dheere mətbuata verdiyi açıqlamada cinayət törədənlərin şəxsiyyətini gizlətdikləri üçün maska və papaqlardan istifadənin qadağan edildiyini açıqlayıb. Dheere ictimai nəqliyyatda silah gəzdirməyin də qadağan olunduğunu bildirib. Yaşlıların taxdıqları papaqlara bənzər papaqlar qadağadan azad edilib.

Bildirilib ki, Somali prezidenti Həsən Şeyx Mahmudun da qatıldığı təhlükəsizlik toplantısında alınan qərarlar son vaxtlar artan bomba hücumlarına qarşı alınan yeni tədbirlərdən bəziləri olub. (valyuta.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR