İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ölkənin paytaxtı köçürülür FOTO

13572 21.01.2024 16:52 Dünya A A

Dünyanın ən çox əhalisi olan dördüncü ölkəsi İndoneziya planlaşdırılmamış urbanizasiya, nəqliyyat problemləri və təbii fəlakətlər səbəbindən paytaxtını köçürür.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, 10 milyondan çox insanın yaşadığı paytaxt Cakarta Borneo adasındakı Nusantara şəhərinə köçürüləcək.

Köçürülmə işləri yekunlaşmaq üzrədir.

Məlumata görə, Nusantara yalnız elektrikli avtomobillər üçün “ekoloji cəhətdən təmiz şəhər” kimi nəzərdə tutulub.

Əgər şəhər planlaşdırıldığı kimi qurularsa, Cənub-Şərqi Asiyanın ilk “yaşıl paytaxt”ı kimi tarixə düşəcək.

Məlumata görə, yeni paytaxt ölkənin ən az təbii fəlakətlərə məruz qaldığı adalardan biri olan Kalimantanın şərqində 561 kvadrat kilometr ərazidə tikilir.

Paytaxtın köçürülməsi layihəsi təxminən 32 milyard dollara başa gələcək.

Qeyd edək ki, hazırkı paytaxt Cakartanın əhalisi qısa müddət ərzində sürətlə artıb. 664 kvadrat kilometrlik ərazidə 10 milyondan çox insanın yaşaması ilə yanaşı, urbanizasiya, nəqliyyatın hərəkəti, havanın çirklənməsi və ilin müəyyən fasilələrində şəhərə yağan musson yağışlarının sellərə çevrilməsi də problemlər yaradıb. 

Belə ki, Cakarta yeni paytaxtın tikintisindən sonra da iqtisadi cəlbediciliyini itirməyəcək. İllərdir şəhərdə olan beynəlxalq şirkətlər və təşkilatlar fəaliyyətlərini əsasən burada davam etdirəcəklər.

Məlumata görə, Cakartanın hazırda yerləşdiyi ərazinin bəzi hissələri hər il 25 santimetr çökür. Paytaxtın təxminən yarısı dəniz səviyyəsindən aşağıda yerləşir. 2050-ci ilə qədər Cakartanın 1/3 hissəsinin su altında qalacağı təxmin edilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR