İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ölkədən Ukraynaya BÖYÜK DƏSTƏK

701 07.12.2023 14:56 Dünya A A

Yaponiya hökuməti birbaşa və Dünya Bankı vasitəsilə Ukraynaya 4,5 milyard dollar məbləğində yardım göstərəcək.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Yaponiyanın baş naziri Fumio Kisida G7 liderlərinin onlayn görüşündən sonra bildirib.

Baş nazirin sözlərinə görə, Yaponiya bərpa və yenidənqurma işlərinə, habelə humanitar yardım da daxil olmaqla 1 milyard dollarlıq əlavə dəstək verməyə qərar verib.

Kisida qeyd edib ki, Yaponiya Dünya Bankına kreditlərin artırılması da daxil olmaqla, Ukraynaya dəstək üçün ümumilikdə 4,5 milyard dollar ayırmağa hazırdır.

Daha əvvəl bildirilib ki, Yaponiya 2023-cü ilin sonuna qədər Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı sanksiyaları genişləndirəcək, həmçinin Moskvaya qarşı tədbirlərdən yayınmağa kömək edən ölkələri də öz siyahısına əlavə edəcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR