Türkiyənin məşhur müğənnisi Yusuf Güney bu səhər polis tərəfindən saxlanıldıqdan sonra sərbəst buraxılıb.
Musavat.com xəbər verir ki, sənətçi yaşadıqları barədə sosial mediada video paylaşıb.
O, adının ləkələndiyini, günlərdir xəstə yatdığını bildirib:
“Bu ölkədə insan qaralamaq çox asandır. Günlərdir ki, xəstəyəm, müalicələrlə məşğulam. Telefonlarımı da ona görə bağlamışdım. Bir nəfər deyib ki, Yusuf Güney də istifadə edir. Ona görə məni axtarışa veriblər. Haqqımda həbs qərarı yoxdur. Bu məsələlərdən xəbərim olduqdan sonra zəng edib dedim ki, gəlirəm. Gedib ifadəmi verdim. Saç, sidik, dırnaq, qan analizi verdim. Nəticələri gözləyirəm”.
Qeyd edək ki, İstanbul Baş Prokurorluğu tərəfindən 18 dekabrda başladılan narkotik istintaqı çərçivəsində Yusuf Güney ünvanında tapılmadığı üçün onun haqqında həbs qərarı verilmişdi.
Narkotik istintaqı çərçivəsində model Şevval Şahin, sosial media fenomeni Şeyma Subaşı və təşkilatçı Mert Vidinli üçün də həbs qərarı verilib.
Könül
Musavat.com






