Bəhreyn Daxili İşlər Nazirliyi ölkə vətəndaşlarının İran və İraqa səfər etməsini qadağan edib.
Musavat.com xəbər verir ki, bu barədə İsrailin "12-ci kanal"ı məlumat yayıb.
Məlumata görə, qərar bölgədə yaranmış gərgin təhlükəsizlik vəziyyəti ilə əlaqədar qəbul olunub.
Rəsmi Manama regiondakı mövcud riskləri nəzərə alaraq öz vətəndaşlarının təhlükəsizliyini qorumaq məqsədilə bu addımı atıb.
Musavat.com






