İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ölkə Ukraynaya 6 milyard dollar xərcləyəcək

658 22.01.2026 08:03 Dünya A A

Yaponiya 2026-cı ildə Ukraynaya 6 milyard dollar humanitar və texniki dəstək ayıracaq.

Musavat.com xəbər verir ki, məlumatı Ali Radanın vitse-spikeri Olena Kondratyuk Facebook-da açıqlayıb. O, Yaponiyanın Ukraynadakı səfiri Masaşi Nakaqome ilə ilk rəsmi görüşünün nəticələri barədə məlumat verərək, görüşdə Ukraynaya yardımın da müzakirə olunduğunu qeyd edib.

Onun sözlərinə görə, Kiyev artıq Tokiodan elektrik şəbəkəsini dəstəkləmək və bərpa etmək üçün 2500-dən çox elektrik generatoru, 65-dən çox transformator, 10 elektrik generator dəsti və digər vacib avadanlıqlar alıb. Bundan əlavə, Yaponiya Ukraynanın Təcili Bərpa Proqramı çərçivəsində layihələr üçün əlavə 149 milyon dollar ayırıb.

Yaponiyadan Ukraynaya göstərilən maliyyə və humanitar yardımın ümumi məbləği artıq 15 milyard dolları keçib.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR