İnsanlara hürriyət, millətlərə istiqlal!

Makronun qaldığı hotelin yaxınlığında güclü partlayış - VİDEO

842 07.07.2026 12:17 Dünya A A

Fransa prezidenti Emmanuel Makronun qaldığı hotelin yaxınlığında partlayışlar baş verib.

Musavat.com xəbər verir ki, bu barədə "Reuters" agentliyi təhlükəsizlik xidmətindəki mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, Makronun qaldığı hotelin yaxınlığında, Suriyanın paytaxtı Dəməşqin mərkəzində bir neçə partlayıcı qurğu işə düşüb.

Hadisədən sonra əraziyə gedən yollar bağlanıb, təhlükəsizlik tədbirləri isə gücləndirilib.

"Reuters"in hadisə yerində olan müxbiri həmin ərazidə bir neçə partlayış səsi eşitdiyini bildirib. Partlayışın baş verdiyi yerdən tüstünün qalxdığı müşahidə olunub.

Qeyd edək ki, Emmanuel Makron Suriyanın keçmiş prezidenti Bəşər Əsədin devrilməsindən sonra Dəməşqə səfər edən ilk yüksək səviyyəli Avropa İttifaqı lideridir.

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR