İnsanlara hürriyət, millətlərə istiqlal!

At-araba dövrünə QAYIDAN Rusiya – Putinin başı DƏRDDƏ

1883 07.07.2026 12:08 Analitika A A

Yanacaq böhranı Rusiyadakı ənənəvi iqtisadi həyatı və yaşamı sürətlə iflic eləməkdədir. Gələn xəbərlərə görə, hətta ölkənin bir çox kənd yerlərində xroniki benzin qıtlığı səbəbindən yerli sakinlər yol səyahətləri və ferma işləri üçün maşınlar əvəzinə, at almağa üstünlük verməyə başlayıblar.

Məsələ ondadır ki, Rusiyada son həftələrdə iş atlarına tələbat dəfələrlə artıb. Əgər əvvəllər bir heyvan öz alıcısını iki-üç ay gözləyirdisə, hazırda fermalar ayda yeddi-səkkiz at satır və ya sifariş alır. Qiymətlər isə 100 000 ilə 200 000 rubl arasında dəyişir. Ot, nal və baytarlıq xidmətinin bahalığına baxmayaraq, kənd sakinləri üçün at “UAZ” və ya “Niva” maşınlarından daha əlverişli hesab olunmaqdadır.

Beləcə, Rusiya Ukraynaya qarşı illər öncə başlatdığı ədalətsiz müharibənin altını bütün “dolağı” ilə çəkməyə başlayıb. “Daşları yığmaq” zamanı yetişib. Ölkə faktiki “at-araba” dönəminə, XIX əsrə geri qayıdıb. Müharibə, nəhayət, ucqar əyalətlərə də gedib çatıb. Əksəriyyət bunu indi hər gün öz üzərində, dolanışında hiss eləməkdədir. Təbii ki, neqativ anlamda...

At arabası - Vikipedi

Rusiya rəhbərliyi real və acı durumu daha nə qədər gizlədək, maskalayacaq ki? Artıq təbliğat üsulları da əvvəlki effekti vermir. Çünki insanlar öz gördüklərinə inanmağa başlayıblar, nəinki rəhbərliyin monoton siyasi nağıllarına.

Üstəgəl, Kremlin təbliğat ruporları indi “köhnə valı” qoymaqdan xeyli bezmiş və yorğun kimi görünürlər. Biri elə tanınmış televiziya simalarından və Kremlin baş təbliğatçılarından olan Vladimir Solovyov. Onun son pessimist çıxışı ölkədəki ağır psixoloji vəziyyətin parlaq təzahürü sayıla bilər.

İşə bax, illərdir Kremlin apardığı müharibəni qızğın şəkildə müdafiə və təbliğ edən, Ukraynaya qarşı sərt ritorikası ilə seçilən, digər postsovet ölkələrini də “xüsusi hərbi əməliyyat”larla hədələyən Solovyov ilk dəfə efirdə ümidsizliyini gizlədə bilməyib.

Sitata diqqət edək: “Mənə izah edin. Telefonu açıram cəmi 5 dəqiqəlik. Yalnız 5 dəqiqə! Xəbərlər: Voroneji dağıdırlar, Moskva hücum altındadır, Çuvaşiya salamat yeri qalmayıb. Beləmi müharibə etdik? Lap məni, yəni, öz vətənini sevən insanı götürək, anlaya bilmirəm, biz hara gedirik ay möhtərəm? İnternet yoxdur, benzin yoxdur, zərbələr isə var! Hətta mən Rusiya vətənpərvəri, demək istərdim, çıxıb getmək istəyirəm Komo gölünə. İstərdim heç olmasa bircə gün insan kimi yaşayım. Bircə gün bu atəşlərsiz, yanan neft zavodlarsız və sivil bir dünyada. Qoy indi, məni lap, qovsunlar işdən bu sözlərimə görə”.

За заслуги перед родиной'': пути наградили орденом пропагандиста Соловьева  - Мир - StopCor

Bunu neçə ildir Vladimir Putinin siyasətini can-başla müdafiə edən (əlbəttə ki, maddi maraq qarşılığında) və Kremlin informasiya müharibəsinin əsas köpəklərindən biri səsləndirir. O səbəbə bu etiraf haqlı olaraq, Rusiyadakı yeni pessimist əhval-ruhiyyənin göstəricisi, barometri kimi qiymətləndirilir...

Amma giley-güzara yer və gərək yox. “Nə tökərsən aşına, o da çıxar qaşığına”. Və çıxır da. Qətlə yetirilən ukraynalı məzlum uşaqların, qadınların ahı bir gün Rusiyanı tutmalı deyildimi? Bumeranq geri qayıtmalı idi və qayıdır...

Analitik xidmət,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR