Ermənistanda bir zaman revanşistlərin liderliyinə iddia edən və "Müqəddəs Mübarizə" adlı hərəkatın rəhbəri keşiş Baqrat (Vazgen Qalstanyan) baş nazir Nikol Paşinyana qarşı məhkəmə iddiası qaldırıb.
Musavat.com xəbər verir ki, Baqrat Paşinyanın onu seçiciləri ələ almaqda ittiham edən açıqlamalarının həqiqətə uyğun olmadığını və böhtan xarakteri daşıdığını bildirib.
İddiada məhkəmədən Paşinyanın qərar qanuni qüvvəyə mindikdən sonra 5 iş günü ərzində bu açıqlamaları ictimai şəkildə təkzib etməsi tələb olunur.
Müxalifət lideri təkzibin Ermənistan hökumətinin və baş nazirin rəsmi internet səhifələrində, həmçinin tirajı 5 mindən az olmayan çap nəşrində dərc edilməsini istəyir.
Baqrat mənəvi zərərə görə simvolik olaraq 49,7 dram məbləğində təzminat da tələb edib.
Hələlik məhkəmənin iddia ərizəsini icraata qəbul edib-etmədiyi barədə məlumat verilməyib.
Musavat.com






